Yazarlar

Zahid Nifteliyev’in tutuklanması ne anlama geliyor?

Ölkənin silahlı qüvvələrini bürümüş korrupsiya sisteminin mərkəzi fiquru “Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyev həbs olundu. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı olmuş Niftəliyev tutduğu təvazökar vəzifə mövqeyinə rəğmən MN-də həlledici şəxslərdən biri, daha doğrusu ikincisi olub.
Birinci şəxsin Nəcməddin Sadıkov olduğu, toy generalı Zakir Həsənovun isə heç adam yerinə də sayılmadığı nazirlikdə korrupsiya, rüşvət və mənimsəmələr ierarxiyasında “Şlyapa Zahid” həqiqətən ikinci mövqedə olub. Ordudakı təyinatların mütləq əksəriyyəti uzun müddət onun “təqdimatı” əsasında həyata keçirilib.
Xatırladım ki, Niftəliyevin xidmət etdiyi (əslində həmin idarəyə mülki şəxs qismində işə qəbul olunub) idarənin rəisi onun patronu Nəcməddin Sadıkovun bacısı oğlu, Tərtər qətliamının əsas təşkilatçılarından biri Ramil Əsgərov olub. Niftəliyevin həbsi ölkənin silahlı qüvvələrində kök salmış çətənin sonuna səbəb ola bilər.
Ola bilər, amma şəxsən mənim buna ümidim yox dərəcəsindədir, çünki yayılan rəsmi məlumatda onun istintaqını digər bir qurumun – Azərbaycan gestaposu olan Hərbi Prokurorluğun apardığı deyilir. Yəni, “Şlyapa Zahidin” patronunun cinayətlərinin şəriki olan qatil Xanlar Vəliyevin rəhbərlik etdiyi cəza dəstəsi.
Əslində istintaq ümumiyyətlə prokurorluq deyil, DTX tərəfindən aparılmalıdır, çünki xəyanətkar Nəcməddin Sadıkovun ən yaxın adamının da xarici kəşfiyyat orqanları ilə əlaqəsi istisna edilə bilməz. Görünür, elə bu olmasın deyə ona dələduzluq və  vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmə ittihamı verilib.
Zahid Niftəliyev ordunu hörümçək toru kimi bürümüş çətədə ən nüfuzlu şəxslərdən olub və bu səbəbdən də vəzifədə, rütbədə böyümək istəyən az qala hər kəs onu “görməli” imiş. Sonrası da bəllidir: hər vəzifənin qiymətinə uyğun məbləğ ona verilir, o da öz növbəsində Nəcməddin Sadıkova çatdırır.
Zahid Niftəliyevin də daxil olduğu korrupsiya şəbəkəsinin fəaliyyəti nəticəsində Azərbaycan Ordusunun yüzlərlə layiqli zabiti sıxışdırılıb, ordudan getməyə məcbur olub, haqsız cəzalandırılıb, onların yerinə rüşvət verərək mövqe tutmağa çalışanlar yerləşdirilib. Korrupsiya isə təkcə pul toplama maşını deyil, o, əslində çökdürmə mexanizmidir.
Elə bu səbəbdən də xüsusi xidmət orqanlarının tətbiq etdiyi dağıdıcı mexanizmlərdən biri və birincisi korrupsiyadır. Azərbaycan Ordusunda da belə olub və bu gün də belə davam etməkdədir. Ümumiyyətlə korrupsiya Azərbaycanda çoxdan idarəetmə sisteminə çevrilib və ölkə həyatının bütün sahələrinə hakim kəsilib.
Çox təəssüf ki, bizim cəmiyyətin də ən dözümlü yanaşdığı və bir çox insanlarımızın az qala normal hal kimi qəbul etdiyi korrupsiyanın əsl mahiyyəti haqqında az danışılır. Halbuki, dediyim kimi korrupsiya çökdürmə alətidir, çünki o, dövlətə nüfuz etməklə onun normal fəaliyyət mexanizmlərini pozur və sonda dövləti dağıdır.
Amma eyni zamanda korrupsiya adiləşdikdə onun özündə daşıdığı dərin təhlükələr əksər hallarda diqqətdən kənarda qalır. Buna görə də bir çox imperiyaların məhv olma səbəblərindən biri və birincisi məhz korrupsiya olub. Elə bu gün Rusiya kimi nəhəngin Ukraynada diz çökməsinin başlıca səbəbi korrupsiyadır.
Korrupsiya təkcə toplumun inkişafının hərəkətverici qüvvəsi olan rəqabəti pozmaqla kifayətlənmir, o, həm də cəmiyyətdə mənəvi deqradasiyaya gətirib çıxarır. Zənnimcə, bunun incəliklərini biz azərbaycanlılara izah etməyə ehtiyac yoxdur. Gündəlik həyatımızda addımbaşı gördüyümüz, üzləşdiyimiz, qurbanı olduğumuz reallıqdır.
Tərtər qətliamının, HDQ-nin dağıdılmasının və digər minlərlə cinayətin səbəbi də elə həmin mənəvi deqradasiyadır, çünki əxlaq və mənəviyyat kimi dəyərlərə malik olan generallar, zabitlər, əsgərlər heç zaman həmin vəhşilikləri törətməzdilər. Mənəvi-psixoloji durumu sağlam orduda onlarla cinayətkar general ola bilməzdi.
Mənəvi deqradasiya problemi olmayan orduda (elə həm də cəmiyyətdə) minlərlə zabit sələm və kredit hesabına yoxsulluq, ehtiyac içində yaşadığı halda şlyapazahidlər, nəcməddinlər, xanlarlar, zakirlər, hikməthəsənovlar, nizamosmanovlar və digər belə ünsürlər  milyonlara sahib ola bilməzdilər.
Bütün bu, baş verənlərdə bizim də hər birimizin günah payımız var. Etiraf etməliyik ki, Tərtər qətliamı törədilənədək orduya ictimai nəzarətin zəruriliyi haqqında düşünməmişik. Orduya qarşı cinayətlər isə onilliklərdir davam edir, sadəcə Tərtər qətliamının miqyası silahlı qüvvələrə diqqəti artırdı və biz gördüklərimizdən dəhşətə gəldik.
Amma bu, hələ heç nə demək deyil, çünki toplum və ayrı-ayrı fəal fərdlər olaraq orduya qarşı törədilmiş cinayətlərə adekvat reaksiya verməsək, onda bütün cinayətləri törədənlər də elə Eldar Mahmudovun MTN-də yaratdığı cinayətkar çətənin üzvləri cəzalandırıldığı qədər cəzalandırılacaqlar.
Daha doğrusu, cəzalandırılmayacaqlar.

Related posts
GündemGünün ManşetleriTürkiyeYazarlar

Neden 13 Kasım?

Dikkatli gözler için 13 Kasım sıradan bir tarih değil! Hatırlayın; bundan tam 7 yıl evvel…
Read more
AzerbaycanGündemGünün ManşetleriÖzel HaberTürkiyeYazarlar

Kripto fetöcüler, Mansimov’u yeniden hedefe koydu!

Türkiye’de bazı kesimler hakkın yerini bulmasından ve adaletin tecelli etmesinden…
Read more
AzerbaycanDünyaGündemGünün ManşetleriİranÖzel HaberRöportajTürkiyeYazarlar

Hakkın tecellisi: Hayrın şer üzerinde galebesi

İran tarihinde büyük İran Şairi Abdülkasım Firdevsinin “Şahname” eserinde Afrasiyab…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

%d blogcu bunu beğendi: