Yazarlar

Tarixin Post Qərb Mərhələsi…

Bir vaxtlar İqtidar Rusiyanın əleyhinə yazmağı qadağan etmişdi. 30 il sustuq. Rusiya ölkəmizdə o qədər gücləndi ki, 340 rus dilli məktəb açdı, hətta hökümət nazirlərini, parlament tərkibini belə Rusiya müəyyənləştirdi. Düz  30 il  Ölkəmizdə Rusiyanın əleyhinə fikir bildirmək az qala cinayət kimi alqılanırdı.   Ümumiyyətlə totalitar cəmiyyətlərdə akademik fikir və düşüncə azadlığı olmur, düşüncə və milli iradə iqtidarların siyasi rejimlərin konyukturuna uyğun formalaşır.

 

İndi də Müxalifətdə olan dostlarımız  Qərbin əleyhinə yazmağı, anti Qərb əhval ruhiyyəsini yaymağı israrla pisləyir. 

Qərbin əleyhinə yazılan yazıları həyəcanla qarşılayırlar. Sanki inandıqları bütlər qırılır.

 

Ölkəmizdəki İqtidarla müxalifət təmsil etdikləri zehniyyət,  fikir və dəyər baxımından o qədər eynidirlər ki…İkisi də totalitarizmi təmsil edirlər. Biz bir totalitar zehniyyəti devirib o birisinimi hakimiyyətə gətirəcəyik ki. İşğalçı Rusiya pərəstləri yola salıb işğalçı Amerikanpərəstlərimi hakimiyyətə gətirəcəyik? Nə dəyişəcək? Bizim istədiyimiz budurmu? Köləliyin, asılılığın sadəcə mərkəzlərimi dəyişəcək? Toplum bunu düşünmək zorunda.  

 

Birisi Moskvanı, birisi Vaşinqtonu, Londonu bizə Məkkə kimi göstərirlər. 

 

Bu ölkədə Rusiyanın da, Qərbin də İranın da əleyhinə yazanlardan biriyəm. Həm Rusiya işğallarına qarşı, həm  Qərb  imperializminə qarşı yazanlardan,  əleyhinə çıxanlardan biriyəm. Bu gün Afrikanın bəlkə 30 ölkəsi fransızca danışır və uzun müddət  Fransa müstəmləkəsi olmuşlar. Lakin bu ölkələrin inkişaf səviyyəsi o qədər aşağıdır ki, aclıq, qıtlıq, xəstəlik, səfalət …Qərbin Afrikada Asiyada sömürgə və işğal etdikləri ölkələrin amansız sömürülməsi kölələştirilməsi soyqırımları və inkişafdan geri tutulmaları haqqında minlərlə əsərlər yazılmışdır, minlərlə faktlar Qərbi bizə Məkkə kimi göstərənlərin əleyhinə bar bar bağırır. Sadəcə Qitə Avropasının inkişafı və rifahı naminə bütün Asiyanı Afrikanı məhv etmək siyasəti ədalətli və əxlaqi deyildir. Avropa 1950 ci illərə qədər Afrikanı, Asiyanı müstəmləkə etdi, sömürdü, bu qitələrdəki xalqlar bu gün ingiliscə, fransızca danışsa belə, Avropadakı kimi inkişaf səviyyəsinə və şüura  çata bilmədilər, bu xalqlar  Avropa dövlət, cəmiyyət modelini öz ölkələrində qura bilmədilər. Amerika 50 ildir Orta Doğuya Yaşıl Qurşaq adlı siyasi proje ilə guya demokratiya gətirməyə çalışırdı, lakin terror təşkilatları və xaos gətirdi. Yetər artıq.  Amerika, Avropa, Rusiya çağı bitdi, bitməli.

Amerikanın Avropanın öz içində Qərb mədəniyyətini, sömürgə sistemini, ədalətsiz kürəsəl hegemoniyasını, kürəsəlləşmə prosesini tənqid edən yüzlərlə akademisyenlər, fikir adamları, siyasətçiləri var . Bu mədəniyyət , bu kürəsəl  hegemoniya sistemi Allah, İnsan və Təbiət arasındakı birliyi, harmoniyanı pozub, bəşəriyyəti ekoloji fəlakətlərə sürükləmişdir. Qərbin özündə Frutje Kapra kimi filosoflar Batı düşüncəsində dönüm noktası adlı əsərində bəşəriyyəti xilas etmək üçün doğaçı fəlsəfələrə sarılmalıyıq, Daosizmə, Şamanizmə sarılmalıyıq yazır.  Nə qədər antitexnokratik fəlsəfələr yaranıb. Liberalizmi, Neoliberalizmi tənqid edən nə qədər siyasət fəlsəfəçiləri var. O halda siz nədən Qərbi ölkəmizdə eleştirilməz model kimi təbliğ edirsiz? Artıq tarixin yeni post qərb mərhələsi başlanır. Tarixin post qərb mərhələsi nə İlham Əliyevin nə Əli Kərimlinin təmsil etdiyi totalitar  düşüncə və ritorikalarla idarə edilməyəcəkdir. Artıq dünyada  Yeni fəlsəfə, yeni baxış acısı , yeni idarəetmə modelləri yaranmaqdadır. ..

 

Nə iqtidarın nə müxalifətin  intellekt səviyyəsi, ritorikası  şərhləri və təbliğatları  bizi qane etmir, inandıra bilmir. Nə  İqtidar nə müxalifət siyasi düşərgəsi  öz düşüncəsi və intellektual interpretasiyaları ilə  bizə yol, hədəf göstərmək gücündə deyil. 

 

Nə demişdik? Qarabağın açarı Azərbaycandadır, Türk Millətindədir, Türkiyə Azərbaycan birliyindədir, Türkiyə Azərbaycan Pakistan strateji əməktaşlığındadır  demişdik.

 

İndi də deyirik. Bizim gələcəyimiz, strateji inkişaf seçimimiz, dövlət və toplum inşa etmək  modelimiz nə Rusiya modelinə, nə Qərb modelinə bağlı olmamalıdır. Biz öz tarixi iç dinamiklərimizdən qaynaqlanan, özümüzə məxsus Türk  milli modelimizi qurmalıyıq. 

 

Dünya yenidən dizayn olmalıdır. BMT yenidən formalaşmalıdır. Sadəcə Qitə Avropasının və Amerikanın deyil, bütün qitələrin və ölkələrin bərabər azad yaşamasını əsas alan yeni uluslararası etika, hüquq anlayışı formalaşmalıdır. Sadəcə Qərb mədəniyyəti deyil, bütün mədəniyyətlər  yaşamaq və özünü ifadə etmək haqqına sahib olmalıdır. Qərbin, Qərb mədəniyyətinin kürəsəl egemenliyinə son qoyulmalıdır. Bütün  mədəniyyətlər öz hövzələrində yaşamaq haqqına sahibdir…

Biz ölkəmizin təcrid olunmasından danışmırıq, əksinə harda  yaxşı olan nə varsa, Rusiyadan da, Qərbdən də, Çindən də, Hindistandan da alalım deyirik. Lakin aldıqlarımızı öz dəyərlərimizlə bişirib cilalayaq, milli rəng verək deyirik. 

 

Biz bunları deyirik. Arxayın olun, Düşüncəmiz və fəlsəfəmiz, təmsil etdiyimiz dəyərlər nə Rusiyaya bağlıdır nə də  Qərbə. 

 

Tarixin elə çağları olur ki, millətlər yenidən güc toplamaq üçün bir müddət içə dönürlər,  milli enerjini içə dönməklə cilalayıb yeni güclə uluslararası alana çıxırlar. 

 

İçə dönmədən, milli enerjini yüksəltmədən, öz identikliyini təsbit etmədən, millətləşmə sürəcini tamamlamadan  hansı mədəniyyətə inteqrasiya olunsan orada əriyib yox olacaqsan  deyirik. 

 

Nə Qərb modeli kamil və müqəddəsdir, nə də Rusiya modeli. İkisi də eleştirilə bilər. Eleştriyə açıqdır. İnsan oğlu daim ən mükəmməl toplum inşa etmək, dövlət qurmaq axtarışındadır. Zəka daim ən yaxşını axtarır, xəyal qurur, fikir ürətir. Məğər Qərb haqqında fikir ürətmək olmazmı. Sivilizasiya ancaq Qərbdə deyil ki…

 

O zaman Qərbin əleyhinə yazılar yazılmağından niyə narahat olursunuz…

 

Gələcəyin inşası 1 mərhələdə Qərb türklüyünün(  Qafqaz, Türkiyə, Kipr  və İran, İraq, Suriya türklərinin) birləşməsini, 2. mərhələdə Qərb Türkləri ilə Şərq türklərinin- Türküstanın (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Uyğurustan, Cənubi Türküstan dövlətləri) birləşməsini 3 mərhələ Rusiya içindəki Türk dövlətlərinin bu birliyə qoşulmusayla 10 milyon kv.km lik bir coğrafiyada, 300 milyon türkün yaşadığı bir Turan dövlətinin qurulması ilə başa çatacaqdır. 

Gələcəyin inşası nə Qərb nə Rusiya mədəniyyətlərinə və modellərinə inteqrasiya olmaqdan keçmir, həm tarixi və kültürəl dərinliyi etibarilə zəngin,  həm də gənc və enerjili Turan birliyinin qurulmasından keçir. Meşə və Dəniz mədəniyyətləri, ruhları bir daha Çöl mədəniyyəti və ruhu  ilə qarşılaşacaqdır…

Related posts
AzerbaycanDünyaGündemGünün ManşetleriİranÖzel HaberRöportajTürkiyeYazarlar

Hakkın tecellisi: Hayrın şer üzerinde galebesi

İran tarihinde büyük İran Şairi Abdülkasım Firdevsinin “Şahname” eserinde Afrasiyab…
Read more
Yazarlar

Zahid Nifteliyev'in tutuklanması ne anlama geliyor?

Ölkənin silahlı qüvvələrini bürümüş korrupsiya sisteminin mərkəzi fiquru “Şlyapa…
Read more
Yazarlar

Azerbaycan Teknofest'e farklı bir bakış...

Türkiyənin “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının ölkədən kənarda ilk…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

%d blogcu bunu beğendi: