Yazarlar

“Pantürkist” olduğumu itiraf ediyorum!

Mənə cəza kəsilməsini tələb edən güclər görün nələrə əl atırlar, nələr yapırlar dostlar. Bunu kim edir. Tehrandan yönləndirilən istihbarat şəbəkəsi, içimizdəki gizli  türk düşmənləri, Rusiya istihbaratına bağlı 80 min ajan,  Putinin Moskvada pasport payladıqları adamlar, təşkilatlar…
You Tube yə  haqqımda çəkilmiş, montaj olunmuş  çoxlu sayda saxta vidiolar yükləmişlər. Vidiolarda  “Aşuranı  ləğv etdirmək istəyir”, “Talışların düşmənidir”, “Azərbaycanda yaşayan xalqların düşmənidir”, “Şiələrin düşmənidir”,  “Rusiya KKB sinə bağlıdır”, “Putinin adamıdır”,  “Pantürkisdir” kimi konular işlənib.
Bunların içində yalnız “Pantürkist” konusunu fəxarətlə  üstlənirəm və doğru olduğunu etiraf edirəm.
 Pantürkist ifadəsi əsasən XIX əsrdən etibarən  rus, fars, erməni, ingilis ədəbiyyatında işlənmişdir.  Öz millətini qoruyan, yüksəldən bütün türkçülərə, türk millətçilərinə Pantürkist adı vermişlər.  Pan germanizm, panfarsizm, panislamizm,  panslavyanizm, pantürkizm  ifadələri bütün tarixi- siyasi ədəbiyyatlarda  işlənir və milliyyətçi hərəkatları, stratejiləri ifadə edir.  Babur, Qızıl Orda, Qacar, Osmanlı dövlətlərini çöktürmək,  türk torpaqlarını bölmək, parçalamaq, işğal etmək və üzərində Rus-İngilislərə xidmət edən kiçik dövlətciklər qurmaq məqsədilə Türk millətinə qarşı böyük savaş açtılar. Bütün sahələrdə- elmdə, dində, hərbdə, siyasətdə, ticarətdə, tarixdə türk millətini yenilgilərə uğratmaq planları işə düşdü. Bu dönəmdə öz dövləti və vətəni üçün savaşan, mücadilə verən, Türk milli maraqlarını qorumaq istəyən bütün aydınlar, liderlər, komutanlar, şahzafələr, dövlət, din və siyasət adamları  pantürkist adı ilə SSRİ, İran, Hindistan, Misir, İraq, Suriya, Çin kimi ölkələrdə  repressiya olunmuş, Məhv edilmişlər. Çindən Adriatikə, Kəngər körfəzindən Hindistana, Ərəb yarımadasına qədər olan çoğrafiyalarda, Türkiyə istisna olmaqla,  Türk milləti, aydınları, dövlət adamları, siyasətçiləri  əsasən İngilis, Rus, Çin dərin dövlət  siyasəti və istihbaratı tərəfindən terrora, köçə və  soyqırıma uğradılmışdır. XIX-XX əsrlər boyu Türk millətinə  soyqırım yapmışlar və tarixdən, orta doğu coğrafiyasından silməyə çalışmışlar. Bu gün də bu güclərin ən çox qorxduğu fikir, ideya, şəxsiyyət, zehniyyət türkçülükdür.
Bu gün İranda, Rusiyada, Çində, Suriyada, İraqda türkçülük can verir, türk millətini assimilyasiya edərək yox etməyə çalışırlar. Azərbaycanda türkçülük diri olduqca Rusiyada, İranda, Suriyada, Çində, İraqda türklər ölməyəcək, yox olmayacaq, bitməyəcək. Azərbaycan türk dünyasının mərkəzi, qaynağıdır. O üzdən də, Azərbaycanda türkçülüyü öldürmək, dövlətdən ayırmaq, Azərbaycan adında bir Sasanlı qurmaq projesi gündəmdədir. O üzdən biz hədəfdəyik…
Dostlar  X  –  XX əsrin əvvəllərinə qədər dünya super gücü türklər idi. 1920 dən etibarən super küclər və millətlər ingilislər və ruslar oldu.
XXI əsrdə yenidən türklər kürəsəl super güc olacaqdır, Azərbaycan türklüklə dünyaya yayılacaqdır. Bağdadda yeni Füzuli, Hindistanda yeni Əkbər doğulacaqdır. Bütün bunlar türk dilinin yüksəlişi ilə mümkün olacaqdır. Türk dil arealı çox böyükdür, ingilis dili ilə yarışacaq kapasitədədir, türk dilinə sarılın.  Bu gələcəyə hazırlanalım. Bu gələcək üçün çalışalım.
 Son 30 ildə Azərbaycanda türkçülüyü öldürmək üçün hər şey yapdılar, ən uca kürsülərdən dəfələrlə türk millətini aşağıladılar. Türkün vətənində türkü öz dövlətindən ayırmağa çalışdılar. Başarmadılar.
 Başaramazlar. Türkün aydınları siyasətçiləri bu projeləri yerlə bir edər. Edəcəkdir. Yaşadığımız sürəcdə qalxan olacağıq qarşılarında…
Bu güclər də nə yapsınlar, indi  boş durmasınlar da  saxta vidiolar çəkib yaysınlar, cəza istəsinlər, xalq arasında yalan təbliğatlar aparsınlar…

Related posts
AzerbaycanDünyaGündemGünün ManşetleriİranÖzel HaberRöportajTürkiyeYazarlar

Hakkın tecellisi: Hayrın şer üzerinde galebesi

İran tarihinde büyük İran Şairi Abdülkasım Firdevsinin “Şahname” eserinde Afrasiyab…
Read more
Yazarlar

Zahid Nifteliyev'in tutuklanması ne anlama geliyor?

Ölkənin silahlı qüvvələrini bürümüş korrupsiya sisteminin mərkəzi fiquru “Şlyapa…
Read more
Yazarlar

Azerbaycan Teknofest'e farklı bir bakış...

Türkiyənin “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının ölkədən kənarda ilk…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

%d blogcu bunu beğendi: