Eldar Həsənov, hazırkı hakimiyyətin bəlkə də tək kadrı idi ki, dövlətçilik ənənəsini anlayan, öz ixtisasını mükəmməl bilən, Qarabağ hadisələrində yaxından iştirak edən, sonda xidmət etdiyi rejimin qurbanı olan adam oldu. Eldar Həsənov hələ 90-cı illərdə Gəncə şəhərində polis rəisi işlədiyi vaxtlar, bir cox vəzifə sahiblərinin Qarabağ’ın qorunması üçün hakimiyyətin qorxusundan və ya vətənə biganəlikdən qaçıb qizləndiyi, bəzən mane olduğu vaxtlarda Kəlbəcərə gəlib mənimlə görüşmüş, sərhədləri qoruya bilmək üçün nə edə biləcəyini soruşmuş və yardımını da əsirgəməmişdir.
Sual oluna bilər ki, Eldar Həsənov niyə rayon rəhbərliyi ilə deyil, mənimlə görüşmüş. Çox sadə cavabı var. Eldar Həsənov yenə o hakimiyyətdə təmsil olunsada bilirdi ki, nəinki rayon rəhbərliyi bütövlükdə respublika rəhbərli rusiyanın qorxusundan torpaqların qorunması, erməni terrorunu durdurmaq üçün heç bir adım atmırdı. Azərbaycan Xalq Hərakatının (AXC)yerlərdəki nümayəndələri öz təşəbbüsləri və yerli xalqın dəstəyi ilə xalqı qoruya bilmək üçün bütün çətinliklərə baxmayaraq bölgələrdə ordu quruculuğunun təməlini qoymuşdular. Eynisi Kəlbəcər’in vətənpərvər insanları da mənim rəhbərliyimdə Kəlbəcər alayının yaradılmasına başlamışdılar.
Eldar Həsənov yüksək intelektuala, mədəniyyətə sahib bir insandır. Keşkə zamanında bu rejimin bir parçası olmaqdan vaz keçəbiləydi və rejimin qurbanına çevrilməyəydi! Səfir işlədiyi müddətdə görüşməsək də onun istər səfir kimi fəaliyyətində, istərsə də bir fərd kimi Avropaya Qarabağ həqiqətlərini çatdırmaq üçün çox müsbət fəaliyyətini eşitmişəm.
Eldar Həsənov, Nizami Məmmədov (AMON) Xusisi Təyinatli Polis dəstəsinin qurucularından olan) kimi çox az insanımız var idi ki, o vaxtkı hakimiyyətdə təmsil olunmaqlarına baxmayaraq gizli şəkildə vətənin qorunmasına dəstək verirdilər! Əlbətdə ki, bu yardımsevərlərin siyahısını ölkə çapında çox genişləndirmək olar. Mən tək Kəlbəcər’ə olunanlardan bəhs edirəm.
Təbii ki, bu cür yardımsevər insanlarımız azda olsa rayonda da var idi ki, onları hamısını sadalaya bilməyəcəm, amma Əlif Abbasov, Dilqəm (Rayponun müdiri), Aslan Orucov (Ət kombinatı)bu işdə xüsusi fərqlənirdilər. Amma bir qrup bolşevik təfəkkürlü zəngin insanlarımızda var idi ki, vətəni qorumaq üçün heç bir dəstək vermir, əksinə ordunu şantaj edir, övladlarını da qaçırıb Bakı’da, Sumqayıt’da, Rusiya’da gizlədərək daha çox pul qazanmaq həvəsində idi. Bunlar barədə də başqa vaxtı yazacam!
Bəli Eldar Həsənov da, Nizami Məmmədov da rayondan kənarda yaşasalar və vəzifədə olsalar da imkanları olan yardımı əsirgəmədilər. Əlbətdə ki, bu yazım keçmişi xatırlatmaq üçün deyil, Eldar Həsənov’un saxta ittihamlarla həbs edilib, işgəncələrə məruz qalması ilə bağlıdır. Biriləri düşünər ki, Eldar Həsənov’un müdafiəsinə qalxmağa məni vadar edən nədir? Bəri başdan deyim ki, yuxarıda onun ölkə üçün xidmətlərindən qısa da olsa bəhs etdim, mənim şəxsimə isə Eldar Həsənov’un hakimiyyətdə olduğu vaxt və sonrası heç bir köməyi olmayıb!
Baxıram Eldar’ın qapısında vəzifə alabilmək üçün növbəyə duranlar ortalıqda yoxdur. Çox az sayda dostları onun müdafiəsinə qalxsa da nəticə almaqda çətinlik çəkirlər. Aydın məsələdir ki, təpədən dırnağa korrupsiyaya bulaşmış bu hakimiyyətdə təmsil olunan istənilən adamı həbs etmək olar, amma bunun adını başqa şey qoyub,Eldar Həsənov’un saxta ittihamla həbs olunması ikrah doğurur!
Ən acısı odur ki, Azərbaycan ziyalısı ölkədə baş verən ədalətsizliyə , dövlətçiliyimizin təhlükəli yola girməsinə susqun qalır , millət isə sanki bu vəziyyətlə barışıb! Bir kəlam var: “Əgər ədalətsizlik qarşısında tərəfsiz qalırsızsa, demək zalimin tərəfindəsiniz”! Albert Einstein deyir: “Dünya yaşamak için təhlükəli bir yerdir, amma pislik edənlər üzündən deyil. Durup seyredən və onlara səs çıkarmayanlar üzündən”.
Məhz ölkədəki ədalətsizliyə görə bu məsələyə toxundum. Bütün xalqın qözü önündə millətə yad bir rejim Eldar Həsənov kimi yüzlərlə soydaşımızı diri diri bastırır, vətəndaşlarımız isə seyirçi qalır. 1993-94’cü illərdə mən də daxil olmaqla yüzlərlə günahsız insanların başına eyni hadisə gəlmişdi. Kəlbəcərə, Qarabağa xəyanət edən məxluqlar vəzifə ilə mükafatlandırılan zaman vətən torpaqları uğrunda döyüşənlər sərt şəkildə cəzalandırılırdı! Nə yazıq ki, heç dəyişməmişik və dəyişmək də istəmirik!
Haqsızlığa uğramaq sırası bizə çatmayana qədər səsimiz çıxmır. Kəlbəcərin, Laçının vətənpərvər gəncləri “Vətənə qayıdış” ictimai birlikləri yaratmaq təşəbbüsünə mənəvi dəstək verməyə çalışdım ki, ən azından bir araya gəlib vətənin tale yüklü məsələrinə fikir bildirsinlər, özlərini gəlişdirib ölkədə baş verən neqativ hallara münasibət bildirsinlər. Onları da parçalamağa, yanlış yola sürükləməyə, təhdid etməyə başladılar. Amma sağ olsunlar bir qrupu hələ də yoluna davam edir və sanki bu bölgələr tək bu insanların vətənidir! Diğər soydaşlarımızın bir hissəsin başı pul qazanmağa, digərlərinin başı gündəlik təlabatını ödəməyə qarışıb. Şəhidlərimizin qanı ilə azad olmuş doğma yurdlarına bəlli bir rüşvət qarşılığı gedə bilirlər və hələdə “qələbə” erforiyasından ayıla bilməyiblər!
Görünən odur ki, bizlər hələ də kütlə psixologiyasından, populizmidən, “idarə” olunmaqdan qurtulub millət olabilmək üçün daha çox bəlalar yaşamalıyıq!
Hüquq mühavizə orqanları dərhal bu kobud insan haqları pozuntusuna son verib, Eldar Həsənov’u azad edərək müalicə olunması üçün şərait yaratmalıdır!