AzerbaycanErmenistanGürcistanRusyaTürkiyeYazarlar

Böyük bir oyunun yalanın içindəyik (mi)

1. Rusiya ilə razılaştırılmış, Rusiyanın icazə verdiyi sərhədlər çərçivəsində savaşıb, torpaqlarımızın yarısını işğaldan azad edirik. Bu plan Rusiyanın ATƏT Minsk qrupuna təklif etdiyi layihələr – Lavrov planı, Kazan Sənədi çərçivəsində həyata keçirilir.

2. İlham Əliyev qalib prezident kimi əbədi prezident seçilir. Rusiya, İlham Əliyev hakimiyyətinə qalib olma şansı qazandırmışdı(mı). İlham Əliyev də 10 noyabr sazişi ilə Rusiyanın sülhməramlı adı altında Qarabağa qayıtmasına imkan yaratmışdı. Rusiya əlbəttə bu yaxşılığı dəyərləndirəcək, cavabsız qoymayacaqdır, Qarabağda güclənmiş və hərbi bazalarını qurmuş Rusiya İlham Əliyevin əbədi hakimiyyətinin qarantoru olur. Yəni Rusiya İlham Əliyevə, İlham Əliyev Rusiyaya yardım edir.

3. Qarabağda, Xankəndində Rusiyaya bağlı Erməni ovtonomluğu yaradılır və burada Rusiyanın hərbi bazaları yerləştirilir.

4. Azərbaycanda Rusiyanın Hərbi Bazalarının yerləştirilməsinə etiraz etməməsi üçün Türkiyəyə “Zəngəzur dəhlizi” güzəşti və imkanı yaradılır. Türkiyə Rusiyanın nəzarət etdiyi Zəngəzur dəhlizi vasitəsi ilə Rusiya Ordusunun icazəsi ilə Türküstanla əlaqə qurmaq imkanı əldə edir.
Türkiyənin Yunanıstan, Ermənistan və Kürdüstana bölünməsi planları masadaykən, Türkiyənin Suriyaya çevrilməsi məqsədilə sınırlarına yaxın bölgədə, Ermənistanda, Osetiyada, Abxaziyada, Qarabağda Rusiya Hərbi bazaları yerləşibsə, Yunanıstanda Amerika bazaları yerləşibsə, Amerikanın Suriyada 150 min pkk ordusu, İraqda Bərzani höküməti ordusu Türkiyəni təhdid edirsə, Türkiyənin bütün sınırları Amerika və Rusiya tərəfindən çevrələnmişsə, Türkiyənin Rusiya nəzarətində Zəngəzur dəhlizindən Türküstana keçişi bölgədə nəyisə dəyişə bilərmi?

Osmanlı dönəminə baxın. Türkiyə həm Avropa həm Rusiya ilə sürəkli savaş halında. Bu günə baxın. Türkiyə Avro Atlantik və Rusiya gücləri ilə çevrələnərək Anadoluya həbs edilmiş kimi görünməkdə. Sürəkli basqı altında.

5. Rusiyanın diqtəsi, nəzarəti altında öncə Qərbə inteqrasiya olunmaq istəyən erməni xalqı cəzalandırılır, sonra isə Azərbaycanla Ermənistan arasında ikitərəfli sülh sazişi imzalanır, beləliklə Rusiya 300 ildir Qafqazda həyata keçirdiyi planı- Erməni dövlətinin yaradılması planını tamamlayır, Azərbaycan Erməni dövlətinin sərhədlərini tanımaqla bu planı təsdiq edir. Azərbaycan tərəfi Qərbi Azərbaycanı, İrəvanı Ermənistan kimi tanıyır, qəbul edir.

6. Türkiyə ilə Ermənistan, Azərbaycan arasında münasibətlər qurulur, Ermənistan blokadadan azad edilir, nəticədə Ermınistan bir dövlət kimi inkişaf edir və güclənir. Türkiyə ilə Azərbaycan Turanın ortasında qurulmuş bir erməni dövlətinin varlığı ilə hesablaşmaq, barışmaq, qəbullanmaq zorunda qalır.

7. Bu oyunu kim başlatmışdı, Rusiya başlatmışdı. Bu savaşı kim qazandı? Rusiya qazandı, Rusiya.
Azərbaycanı, Türkiyəni, Ermənistanı eyni zamanda özünə bağlamağı və tənzimləməyi başardı. O halda Savaşın qalibi kimdir? Rusiyadır. Savaşın qalibi kimdir? Erməni xalqıdır. Rusiya Erməni xalqına bir dövlət qurmuşdur. Bu dövləti Sülh sazişi ilə Azərbaycan tanıyacaqdır. Bu 1890-2021 tarixində Erməni dövlətinin qurulması və genişlənməsi sürəcinin nəticəsi, Erməni planının qələbəsi, Azərbaycanın və Türk Millətinin məğlubiyyətinin təsdiqidir. Ermənilər bu planı reallaştırmaq üçün 1890 dan günümüzəcən 6 milyon türkü soyqırıma uğratmışlar. Ermənilər Qafqazdan son nəfərinə kimi qovulmadan, Erməni məsələsi bitmədən biz qalib gəldik deyə bilmərik.
Tarixi torpaqlarımızda qurulmuş Erməni dövləti çökmədikcə Azərbaycanın hər hansı zəfərindən söhbət belə gedə bilməz.

8. Sonuclara baxarsaq, Savaşın keçmişi, gələcəyi haqqında onu deyə bilərik ki, II Qarabağ savaşı Ermənilərlə- Türklər arasında əslində heç – heçə nəticələndi. Türk millətinin başına keçirilmiş Erməni problemi bitmədi, bitirilmədi.

Çox istərdim ki, bu ehtimallar yalan çıxsın, yalan olsun. Təkrar edirəm, bu düşüncələrimin yanlış olmasını istərdim.

Related posts
GündemGünün ManşetleriİsveçÖzel HaberTürkiye

Bu kadarına da pes doğrusu: İsveç’in iki yüzlülüğü! (Özel Haber)

Batı’nın Türkiye’ye karşı samimiyetsizliğini ezelden biliriz de İsveç bu konuda…
Read more
AzerbaycanGündemGünün Manşetleri

Azerbaycan'da yeni bir siyasi parti kuruluyor: Halka Hizmet Harekatı (HHH)

Azerbaycan’da yeni siyasi parti kuruluyor – Genelbaşkan adayı Arzu Sayadoğlu, MGTV Habere…
Read more
GündemGünün ManşetleriTürkiyeYazarlar

Neden 13 Kasım?

Dikkatli gözler için 13 Kasım sıradan bir tarih değil! Hatırlayın; bundan tam 7 yıl evvel…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

%d blogcu bunu beğendi: