Yazarlar

Azerbaycan Teknofest’e farklı bir bakış…

Türkiyənin “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının ölkədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi təkcə simvolik deyil, həm də zamanın siyasi və geosiyasi reallıqları baxımından önəmli hadisədir. Başlıca reallıq isə budur ki, istəyimizdən asılı olmayaraq Azərbaycan qlobal geosiyasi burulğanın tam mərkəzindədir.
Heç bir mübaliğəyə varmadan deməliyik ki, ölkəmiz bu gün qlobal maraqların kəsişdiyi və təəssüf ki, həm də toqquşduğu coğrafi məkanda yer alıb. Bu isə ətrafımızda təkcə xoş niyyətlərin dolaşmadığını deməyə əsas verir. Belə şəraitdə kiçik bir ölkənin təkbaşına təhdidlərə duruş gətirə bilməsi isə mümkünsüzdür.
Azərbaycan indi bu mənada mürəkkəb durumdadır: yaşadığımız tarixi dövrdən həm yaxşı, həm də pis nəticələrlə çıxa bilmək şansları demək olar ki, bərabərdir. İndiki dönəmdə güclü müttəfiqləri olmaq özü də şanslı olmaq deməkdir. Bu mənada Azərbaycanı şanslı hesab etmək olar. Ən azı Türkiyə kimi güclü, həm də təbii müttəfiqimiz var.
Bugünkü geosiyasətdə Türkiyənin özünün də aldığı rol yetərincə risklidir, amma risk təkcə uğursuzluq demək deyil. Ciddi siyasi strategiyaya söykənən hesablanmış addımlar bütün risklərin uğur qazanmağa xidmət etməsinə gətirib çıxara bilər. Türkiyə Cumhuriyyətinin hal-hazırda yürütdüyü xarici siyasət belə görünür.
Amma xarici siyasətin uğurunu təmin edən daha bir neçə zəruri şərtlər var ki, onların da arasında ölkənin coğrafi mövqeyini, demoqrafik göstəricilərini, hərbi gücünü, iqtisadi qüdrətini, elmi-texniki və texnoloji inkişaf səviyyəsini, idarəetmə sisteminin rasionallığını və s. göstərmək olar.
Bu şərtlərin Türkiyədəki səviyyəsi müxtəlif cür dəyərləndirilə bilər, amma ümumi görüntü bu ölkənin hal-hazırda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir. Daxili siyasətindəki bütün ziddiyyətlərə rəğmən Türkiyə ciddi inkişaf potensialı olan və sürətlə inkişaf edən ölkələrdəndir.
Xüsusilə də “Teknofestin” predmeti olan bəzi sahələrdə. Daha dəqiq desək, hərbi sənayenin inkişaf templərinə görə. Məsələn, 2021-ci ildə Türkiyənin silah ixracı 3 mlrd dollara yaxın olub ki, bu da əvvəlki 2020-ci illə müqayisədə 39.7% artım deməkdir. Amma buna baxmayaraq qlobal silah ixracında Türkiyənin payı 0,9% təşkil edir.
Bu arada nə qədər paradoksal olsa da qeyd etməliyəm ki, silah ixrac edən əsas 15 ölkədən 12-si demokratik ölkələrdir və qlobal sılah satışının 70% onların payına düşür. Burdan müxtəlif qənaətlərə gəlmək olar, amma qeyd etmək istədiyim budur ki, silah istehsalı və ixracı həm də ölkənin texnoloji inkişaf səviyyəsinin göstəricisidir.
Türkiyə gördüyümüz kimi bu sahədə heç də liderlərdən deyil, amma eyni zamanda hərbi sənayenin inkişaf templərinə görə öndə gedən ölkələrdəndir. Dediyim kimi, hərbi sənayenin səviyyəsi dolayısı ilə həm də ölkədə təhsilin, elmin və ümumiyyətlə sənayenin texnoloji inkişaf səviyyəsinin göstəricisidir.
Bütün bunların hansı baxış bucağından şərh edilməsindən asılı olmayaraq Türkiyə Azərbaycan üçün ən önəmli tərəfdaşdır və bunu onun rəqibləri də yaxşı anlayırlar. Odur ki, Azərbaycanda da zaman-zaman Türkiyəyə qarşı aparılan açıq və gizli kampaniyaların səbəbləri və səbəbkarlarının motivləri anlaşılandır.
“Anlaşılandır” demək heç də bunlara barmaqarası baxmaq olar anlamına gəlməməlidir, çünki belə sistemli təbliğat gec-tez öz nəticəsini verməlidir. Nəticə isə heç də bizim xeyrimizə olmayacaq, çünki o, bizim ziyanımıza hesablanıb. Azərbaycan üçün isə Türkiyə həyatı əhəmiyyətli müttəfiqdir.
Amma iki ölkə arasında münasibətlər təkcə hərbi-siyasi əməkdaşlıqla məhdudlaşmamalıdır, Azərbaycan-Türkiyə əlaqələri bütün spektr üzrə inkişaf etdirilməlidir. Coğrafiyamızın bugünkü reallığı bunu xüsusilə tələb edir. Bunu 44 günlük müharibə zamanı da müşahidə etmişdik.
Amma bir məqam da var ki, onu qeyd etmədən keçmək olmayacaq: “Teknofest”, aviasiya, kosmos, texnologiyalar və s. hamısı çox gözəl, bəs təhsilimizin durumu haqda nə zaman düşünəcəyik? Başqa sözlə Azərbaycanın təhsilinin düşdüyü dərin bataqlıqdan çıxarılması haqda. Burdə isə vəziyyətimiz ağlamalıdan daha pisdir.
Çağdaş dünyanın əsas inkişaf meyarlarından biri olan təhsilin səviyyəsi Azərbaycanda ancaq təəssüf doğura bilər ki, bu da ona münasibətdən irəli gəlir. Bu gün minlərlə (bəlkə də on minlərlə) azərbaycanlı gənc dünyanın onlarla ölkəsində ən müxtəlif sahələr üzrə təhsil almaqdadır. Bəs onlara dövlətin dəstəyi hansı səviyyədədir?
Demək olar ki, yox səviyyəsində. Məsələn, kontinental Avropa ölkələrində bir tələbənin tam təhsili (bakalavr + magistr) təxminən 90-100 min dollara başa gəlir. ABŞ, Kanada və Böyük Britaniyada bu rəqəm təxminən 3 dəfə artıqdır. Rəqəmlər sizə böyük gəlməsin, çünki bu, təkcə həbs olunmuş 5-6 icra başçısının oğurluq sərvətinin cəmi 0,1-0,3% deməkdir. Yəni 300-1.000 tələbənin təhsil haqqı…
Nazirlərin taladıqları həcmdə vəsaitlərlə isə ölkədə azı 5-6 dünya səviyyəli universitet yaratmaq olardı. Təbii ki, ali məktəb müəlliminin ayda 600-700 manat maaş almaması şərtilə. Amma gördüyümüz kimi bunların hamısı yalnız xəyal olaraq qalmaqdadır və sosial media səhifələrinə köçürülmüş təxəyyüldən o yana keçmir hələ.
Səbəbləri hər kəsə bəllidir və əsas səbəbi də ölkənin hakim dairələrində mövcud olan vizyondur. Həmin vizyon isə deyir ki, məktəb təhsil vermək üçün yox, saxta seçki keçirmək üçündür, müəllimin təyinatı isə elm öyrətmək yox, seçki saxtalaşdırmaq və sosial media resurslarında trolluq etməkdir.
Bu tələbləri qəbul etməyən müəllimlərə isə ali məktəb dediyimiz “seçki” məntəqələrində ümumiyyətlə yer yoxdur və olmamalıdır. Odur ki, nəinki 3 ildə, hətta gündə bir dəfə də “Teknofest” keçirmək olar, amma sonu müəllimin seçki saxtakarlığında iştirakı və trolluğu olacaqsa bunun nə mənası var?!
Qalan yalnız orada çəkilən selfie-lər olacaq.

Related posts
AzerbaycanDünyaGündemGünün ManşetleriİranÖzel HaberRöportajTürkiyeYazarlar

Hakkın tecellisi: Hayrın şer üzerinde galebesi

İran tarihinde büyük İran Şairi Abdülkasım Firdevsinin “Şahname” eserinde Afrasiyab…
Read more
Yazarlar

Zahid Nifteliyev'in tutuklanması ne anlama geliyor?

Ölkənin silahlı qüvvələrini bürümüş korrupsiya sisteminin mərkəzi fiquru “Şlyapa…
Read more
Yazarlar

Azerbaycan'da anti-şia söylemlerinin perde arkası

iran yenə məni hədəfə almışdır. Youtube kanalında çoxlu vidiolar yaymışlar. Günaz.tv-…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

%d blogcu bunu beğendi: