Yazarlar

Azerbaycan Çok Garip Bir Memleket!

Azərbaycan yumşaq desək, çox qəribə məmləkətdir: avtoritarı özünü demokrat göstərən, islamçısı xristian təməlçisi faşistə sitayiş edən, türkçüsü qürbətdə yaşayan azərbaycanlısına “pul atan”, turançısı PKK-ya xidmət edən, millətçisi Rusiyaya heyran qalan, vətənpərvəri separatçı çıxarılan topluma verilə biləcək ən yumşaq ad həqiqətən budur.
Kiçik bir şərtlə ki, birinci (avtoritar) və sonuncu (vətənpərvər) xaric bütün qalanları “” arasında yazılmaqla.
Sepatarçı demişkən, bu günlərdə ölkədə separatçı yarlıkının asılması az qala kütləvi xarakter alıb. Səbəbinə ayrıca baxanda bunu edənlərin motivini anlamaq çətin olur, amma baş verənləri kompleks şəkildə təhlil edəndə mənzərə xeyli aydınlaşır.
Ölkədə və onun xaricində tuğyan edən təbliğat (beyin yuma) maşının sürəti son günlər elə bir həddə çatıb ki, hətta ən iradəsi möhkəm və əsəbləri sakit olan azərbaycanlı belə bunun qarşısında duruş gətirməyə hazır deyil. Bu da anlaşılandır, çünki görünən peşəkarların dəst-xəttidir. İşləyən peşəkarlardır.
Daha doğrusu, pərdənin arxasında işləyən və üzdə görünən kuklaların ipini tərpədən. Kuklaların çeşidi isə saymaqla bitəcək qədər deyil. Bu yerdə də ölkədə hansısa “bloggerlərin” peyda olması və hamımızın gördüyümüz dünənki mənzərə. “Bloggerlər” demişkən, heç bu da yeni fenomen deyil.
Bir müddət əvvəl Rusiyadan Azərbaycana səfər edən başqa “bloggerlər” ölkənin şimal bölgələrini seçmişdilər. Hələ o zaman diqqətli dostlardan biri mənə bu məsələyə ciddi yanaşmağı tövsiyyə eləmişdi. Təbii ki, belə tövsiyyələri görməzdən gəlmək vərdişim olmadığından onun dediyi kimi də etmişdim.
Amma deyəsən, şimalda nəsə alınmadı ona görə də koordinatları dəyişib cənuba istiqamət aldılar. Hakimiyyət dairələrinin ruporları ölkədəki talış “separatizmini” hədəfə alıblar. Bu başdan deyim ki, ümumiyyətlə separatçılıq ittihamı ölkəyə qarşı ən ağır fəsadlar verə biləcək təxribatlardan biridir. Xüsusilə də həmin sepatarçılıq mövcud olmadıqda.
Bu haqda bir qədər sonra, hələlik isə baş verənlərin səbəbləri haqda. Daha doğrusu səbəbi, çünki o, birdir və hədəfində də Azərbaycandır. Qarabağdakı gəlişmələr, Moskvadan səslənən təhdidlər, Ermənistanla sülh anlaşması əldə etmək cəhdləri fonunda baş verənlər, ölkədə yaradılan bahalıq, insanlara təzyiqlər (məsələn, maska ilə) hamısı bir zəncirin böyük və kiçik halqalarıdır.
Azərbaycanın əllərinə, ayaqlarına bərk-bərk bağlanması planlaşdırılan həmin zəncirin. Sular bulan(dırıl)maqdadır, amma Azərbaycan siyasətçisi və “siyasətçisi” də anlamadan (ikincilər yox əlbəttə) bütün bu, oyunun piyada fiquruna çevrilir. Qayğı, ehtiyac, yoxsulluq içində boğulan sıradan vətəndaş isə çaş-baş qalıb.
Qalıb mələk donuna girmişlərin arasında və anlaya bilmir ki, kimə inansın, kimə güvənsin. Hə, bir də hakimiyyət var ki, o da dilimizdə olan sözlərə alternativlər axtarmaqla məşğuldur. Bu gedişlə yaxın gələcəkdə “kütbeyin” (dədə dillərində “tupoy”) sözünə alternativ axtarmalı olacaqlar. Amma onda gec olacaq.
Separatizm ittihamları və axtarışları da təsadüfən belə həssas dönəmlərdə meydana çıxmır. Bir qədər yaşlı nəsil 90-ların birinci yarısını yaxşı xatırlayır. Onda da ölkəni “separatçılarla” doldurmuşdular, amma 5-10 agenti zərərsizləşdirən kimi məlum oldu ki, sən demə belə bir şey heç yerli-dibli yox imiş.
Düzdür, o zaman daha çox ləzgi (daha doğrusu, KGQ-FSB) separatçı təşkilatı kimi “Sadvalı” gözümüzə soxurdular, bu gün isə talış “separatizmini”. Bir o fərqlə ki, indi işləri çox olduğundan keyfiyyət də aşağı düşüb: talış separatçı təşkilatını hələ yaradıb ona adqoyma mərasimi keçirməyiblər. Buna da dədə dillərində “xaltura” deyirlər.
İndi keçək mətləbə. Azərbaycanda nə ləzgi, nə talış, nə avar, nə kürd nə də başqa separatizm real olaraq heç zaman mövcud olmayıb və olmayacaq da. Ona görə ki, bunun üçün zəmin yoxdur. Əgər Rusiya həmin təlatümlü 90-larda nə “TMR”, nə də “Sadvalıstan” yarada bilmədisə, demək bu çirkli işin bu gün heç bir şansı yoxdur.
Yoxdur, olmayacaq və ola da bilməz. Bu, hələ iki yüz il bundan əvvəl də mümkün olmayıb. Mümkün olsaydı onda Rusiya o boyda iş görüb erməniləri Qafqaza köçürməzdi, onlara ehtiyac qalmazdı. Ona görə də bu günlər yenidən dövriyyəyə buraxılmış separatçı söhbətlərinin yeganə simptomu yüngül ürəkbulanma ola bilər.
Həm də ona görə ki, bu gün “talış separatçıları” roluna çoxumuzun yaxşı tanıdığı İsveçdə yaşayan həmyerlimiz Rahim Telman Sadiqbəyli və hamımızın yaxşı tanıdığı Türkiyədə yaşayan həmyerlimiz Mübariz Mənsimov seçiliblər. Onların bu rol üçün ən uğurlu seçim olması isə heç inandırıcı görünmür. Yenə “xaltura”.
Bu gün Türkiyənin MGTV kanalında dəyərli dostum Mustafa Gürbüz bəylə bu haqda ətraflı danışacağam və efirin anonsunu da sizlərlə paylaşacağam. Hələlik isə 44 günlük savaşda şəhid olan və həmin döyüşdə həyatını riskə atan çoxmillətli ölkəmin bütün övladları qarşısında bir daha baş əyirəm. Çünki bu məmləkətin birliyi onların qanı bahasına bir daha möhkəmləndi.
Ölkə ətrafında qurulan bütün məkrli oyunların ssenaristlərinə, rejissorlarına, aktyorlarına isə deyirəm ki, iyrənc əllərinizi çəkin məmləkətdən! Onsuz da heç nəyə nail ola bilməyəcəksiniz, çünki sizə bunu etməyə imkan verməyəcəyik. Buna əmin olun.

Related posts
GündemGünün ManşetleriTürkiyeYazarlar

Neden 13 Kasım?

Dikkatli gözler için 13 Kasım sıradan bir tarih değil! Hatırlayın; bundan tam 7 yıl evvel…
Read more
AzerbaycanGündemGünün ManşetleriÖzel HaberTürkiyeYazarlar

Kripto fetöcüler, Mansimov’u yeniden hedefe koydu!

Türkiye’de bazı kesimler hakkın yerini bulmasından ve adaletin tecelli etmesinden…
Read more
AzerbaycanDünyaGündemGünün ManşetleriİranÖzel HaberRöportajTürkiyeYazarlar

Hakkın tecellisi: Hayrın şer üzerinde galebesi

İran tarihinde büyük İran Şairi Abdülkasım Firdevsinin “Şahname” eserinde Afrasiyab…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

%d blogcu bunu beğendi: